“Mən bunu bəyəndim, deyəsən, komanda düzgün yoldadır”

12 Oktyabr 2023 01:40 İngiltərə 718
“Mən bunu bəyəndim, deyəsən, komanda düzgün yoldadır”

“Tottenhem”in və Uels millisinin sabiq hücumçusu Qaret Beyl London komandasının cari mövsümdəki çıxışı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, İngiltərə klubunun nəticələri haqqında bunları söyləyib:

“Mən bunu bəyəndim. “Tottenhem”ə əla iş görən və klubun simasını dəyişən baş məşqçi gəlib.

Deyəsən, komanda düzgün yoldadır və ümid edirəm ki, onlar yaxşı futbol oynamağa davam edəcəklər. Mən nəticələrlə çox maraqlanıram”.

Hazırda “Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlinə 8 matçdan sonra 20 xalla başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM