Yeni klubunda nə qədər qazanacağı məlum oldu

11 Oktyabr 2023 00:20 İngiltərə 846
Yeni klubunda nə qədər qazanacağı məlum oldu

Ueyn Runinin “Birmingem”in baş məşqçisi kimi maaşı əvvəlki məşqçinin maaşından üç dəfə çox olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Komandanın keçmiş çalışdırıcısı Con Yustsi həftədə 10 min 387 avro qazanıb, Runinin maaşı isə 33 min 472 avro olacaq.

Bu, ingilis mütəxəssisin əvvəlki işində – “Di Si Yunayted”də (27 300 avro) qazandığından çoxdur.

37 yaşlı Runi Çempionşipdə hazırda altıncı yerdə olan “Birmingem”ə rəhbərlik etməyə yaxındır. O, bir neçə gün əvvəl “Di Si Yunayted”dən ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR