”Mən əvvəllər belə bir şey görməmişəm” – Yığmanı çalışdıran

10 Oktyabr 2023 15:20 İngiltərə 556
”Mən əvvəllər belə bir şey görməmişəm” – Yığmanı çalışdıran

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “Mançester Yunayted”in qəzetdə paylaşılan xəbərindən söz açıb:

“Məşqçinin vəzifəsi oyunçularını qorumaqdır. Maquayra qarşı qəribə davranılır.

“Mançester Yunayted” həftənin ortasında matçı uduzanda qəzetdə bir başlıq və stadiona gələn futbolçuların şəkillərini gördüm.

Maquayr matçda iştirak etməsə də, onun maşın sürərkən çəkilmiş fotosundan istifadə ediblər. Bu, müəyyən dərəcədə şüursuzluqdur.

Təbii ki, əvvəllər sosial mediamız yox idi, amma indi dinamika dəyişib. Dediyim kimi, mən əvvəllər belə bir şey görməmişəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR