İsraili dəstəkləyən futbolçuya profilini bağlatdırdı - Ərəblər

10 Oktyabr 2023 00:10 İngiltərə 924
İsraili dəstəkləyən futbolçuya profilini bağlatdırdı - Ərəblər

“Arsenal”ın və Ukrayna millisinin futbolçusu Oleksandr Zinçenko sosial şəbəkədə İsraili dəstəkləyən paylaşımı silib.

Sportinfo.az xəbər verir ki, futbolçu sosial şəbəkədəki profilini də bağlayıb.

Çünki onun paylaşımından sonra ərəb internet istifadəçiləri Zinçenkonun yazısının altına kütləvi şəkildə mənfi şərhlər yazmağa başlayıblar.

Zinçenko İsrail xalqını dəstəkləyən paylaşımında “Mən İsraili dəstəkləyirəm” yazmışdı.

Oktyabrın 8-də HƏMAS terror qruplaşması İsrailə hücum edib.

Oktyabrın 7-də Fələstin tərəfinin raket atəşinə cavab olaraq Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin hərbi əməliyyatı başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM