Premyer Liqa klubunun hücumçusuna göz dikib - İtalyanlar

9 Oktyabr 2023 22:00 İngiltərə 868
Premyer Liqa klubunun hücumçusuna göz dikib - İtalyanlar

“Arsenal”ın hücumçusu Qabriel Jezus karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçunun xidmətində “Napoli” maraqlıdır.

Onlar Jezusu klubdan ayrılacağı ehtimal olunan Viktor Osimhenin əvəzləyicisi kimi nəzərdən keçirirlər.

Neapollular “Atletiko”dan Alvaro Morata və “Lill”dən Conatan Devidə də diqqət yetirirlər.

Jezus bu mövsüm 8 oyun keçirib və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM