"Liverpul” İngiltərə Premyer Liqasının VIII turunda “Brayton”un qonağı olub.
Sportinfo.az xəbər verir ki, dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Hesabı meydan sahiblərinin heyətində Saymon Adinqra açıb. Lakin Məhəmməd Salahın dublu ilk hissənin sonuna qədər “qırmızılar”ı önə keçirib.
Lakin Lyuis Dank meydan sahiblərini məğlubiyyətdən xilas etməyi bacarıb.
Bu nəticədən sonra “Liverpul” 17 xalla üçüncüdür. “Brayton” isə 1 xal az toplayıb və altıncıdır.

