Baş məşqçi postuna namizədlər siyahısına daxil edilmədi

8 Oktyabr 2023 10:15 İngiltərə 788
Baş məşqçi postuna namizədlər siyahısına daxil edilmədi

“Çelsi”nin keçmiş çalışdırıcısı Frenk Lempard “Reyncers”in baş məşqçisi postuna namizədlər siyahısına daxil edilməyib.

Sportinfo.az xəbər verir ki, ingilis mütəxəssis məşqçilik işinə qayıtmağa hazırdır, lakin “Reyncers”in “sükanı arxasına” keçmək istəmir.

Şotlandiya təmsilçisi oktyabrın 1-də baş məşqçi Maykl Bilin istefaya göndərildiyini elan edib.

Komanda 7 turdan sonra 12 xalla Şotlandiya çempionatının turnir cədvəlində üçüncüdür. “Reyncers” liqanın lideri “Seltik”dən 7 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM