Tribunada oturub hakimi söyən futbolçunun cəzası – 80 min

6 Oktyabr 2023 00:10 İngiltərə 717
Tribunada oturub hakimi söyən futbolçunun cəzası – 80 min

“Çelsi”nin futbolçusu Ris Ceyms hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın 6-cı turunun “Aston Villa” ilə görüşündə (0:1) rəsmi şəxslərin ünvanına təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinib.

Ceymsin özü bud nahiyəsindən zədələndiyi üçün oyunda iştirak etməsə də, stadionda olub. O, matçdan sonra tribunada hakim Jarred Gilletti söyüb.

Federasiya Ceymsi 1 oyunluq cəzalandırıb və onu 90 min funt sterlinq cərimələyib. Futbolçu Premyer Liqanın 8-ci turunun oktyabrın 7-də “Bernli” ilə keçiriləcək oyununu buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM