Premyer Liqa klubunun rəhbərliyi baş məşqçini qovmağa hazırlaşır, yoxsa..?

5 Oktyabr 2023 12:00 İngiltərə 751
Premyer Liqa klubunun rəhbərliyi baş məşqçini qovmağa hazırlaşır, yoxsa..?

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı dəstəkləyir.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi hələ 53 yaşlı mütəxəssisin gələcəyini müzakirə etmək niyyətində deyil.

Rəhbərlik niderlandlı mütəxəssisə güvənir və onu komandanın uzunmüddətli perspektivdə irəliləməsinə kömək edəcək ideal məşqçi kimi görür.

Klub rəhbərliyi hesab edir ki, komandanın uğursuz çıxışının səbəblərindən biri budur – zədələr.

“Mançester Yunayted” mövsümün əvvəlində keçirdiyi 10 matçda 6 məğlubiyyətlə üzləşib.

Çempionlar Liqasında ardıcıl iki oyunda məğlub olan “qırmızı şeytanlar” A qrupunda sonuncu pillədə qərarlaşıb. İngiltərə Premyer Liqasında 7 oyundan 9 xal toplayan Erik ten Haqın komandası 10-cu yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR