Paytaxt klubu mövsümdə ilk səfər qələbəsini qazandı - VİDEO

3 Oktyabr 2023 10:00 İngiltərə 709
Paytaxt klubu mövsümdə ilk səfər qələbəsini qazandı - VİDEO

İngiltərə çempionatının 7-ci tur matçında “Çelsi” səfərdə “Fulhem”i 0:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, “zadəganlar”ın qollarına Armando Broya və Mixail Mudrik imza atıblar.

22 yaşlı ukraynalı üçün bu qol klubda oynadığı 24 matçda ilk olub.

“Çelsi” Premyer Liqa mövsümündə səfərdə ilk qələbəsini qazanaraq 8 xalla turnir cədvəlində 11-ci pilləyə yüksəlib. “Fulhem” isə 8 xalla 13-cü pilləyə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM