Ukraynalı ilə müqaviləni uzatmaq istəyir – Premyer Liqa klubu

3 Oktyabr 2023 01:40 İngiltərə 681
Ukraynalı ilə müqaviləni uzatmaq istəyir – Premyer Liqa klubu

“Arsenal” rəhbərliyi müdafiəçi Oleksandr Zinçenko ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, London klubu ukraynalı futbolçu ilə yeni müqavilənin 2028-ci ilə qədər qüvvədə olmasında maraqlıdır.

26 yaşlı futbolçu 2022-ci ildə “Mançester Siti”dən “Arsenal”a keçib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM