Premyer Liqa klubuna qayıtdı - Sevgilisini döyməkdə ittiham olunan futbolçu

29 Sentyabr 2023 21:20 İngiltərə 451
Premyer Liqa klubuna qayıtdı - Sevgilisini döyməkdə ittiham olunan futbolçu

“Mançester Yunayted”in futbolçusu Antoni komanda ilə məşqlərə qayıdıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

Klub zorakılıq hallarını pislədiklərini və daim polislə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

23 yaşlı futbolçu 2022-ci ildə keçmiş sevgilisi Qabriela Kavalyini döyməkdə ittiham olunur.

Antoni daha əvvəl məşqlərdən kənarlaşdırılmışdı. O, sentyabrda eyni səbəbdən Braziliya millisindən də uzaqlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR