COP29

"Klubdakı dəyişikliklərdən sonra bir çox işçi işdən çıxarılıb, bu, yaxşı əlamət deyil"

29 Sentyabr 2023 12:20 İngiltərə 491
"Klubdakı dəyişikliklərdən sonra bir çox işçi işdən çıxarılıb, bu, yaxşı əlamət deyil"

“Arsenal”ın və İngiltərə yığmasının sabiq qapıçısı Devid Simon Maurisio Poçettinonun rəhbərliyi altında “Çelsi”nin çıxışından danışıb.

Sportinfo.az xəbər verir ki, keçmiş qolkiper, problemin Poçettinoda olmadığını bildirib:

“Aston Villa” “Çelsi”ni məğlub edəndə (1:0), Poçettinonun qovulması haqda çox danışılırdı. Amma bu olanlar onun günahı deyildi.

Hazırda onların gənc komandası var. Klubdakı dəyişikliklərdən sonra bir çox işçi işdən çıxarılıb. Bu, yaxşı əlamət deyil.

“Çelsi”nin uğur qazanacağını düşünürəm. Mənim fikrimcə, “Çelsi” getdikcə daha yaxşı kluba çevriləcək”.

“Zadəganlar” Premyer Liqanın 6 oyunundan sonra 5 xal toplayıb və hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?