“Biz Çempionlar Liqasını və ya Premyer Liqanı qazanan komanda deyilik”

26 Sentyabr 2023 01:40 İngiltərə 833
“Biz Çempionlar Liqasını və ya Premyer Liqanı qazanan komanda deyilik”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının mövsümün əvvəlindəki uğursuz nəticələrindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, gələcək üçün nəsə etmək istədiklərini bildirib:

“Çelsi olduğumuz üçün hər oyunda qalib gəlməliyik? Bəli.

Amma biz Çempionlar Liqasını və ya Premyer Liqanı qazanan “Çelsi” deyilik. Lakin zaman keçdikcə biz gələcək üçün nəsə etməyə çalışırıq”.

51 yaşlı argentinalı mütəxəssis bu yaydan “Çelsi”ni çalışdırır. “Zadəganlar” onun rəhbərliyi altında 7 oyun keçirib, iki dəfə qalib gəlib, iki dəfə heç-heçə edib, üç dəfə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM