"Mən onlardan bunu tələb edirəm, amma futbolçular robot deyil"

24 Sentyabr 20:40 İngiltərə 223
"Mən onlardan bunu tələb edirəm, amma futbolçular robot deyil"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq mövsümün əvvəlində komandasının niyə bu qədər çox qol buraxdığını bilmədiyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis oyunçuları motivasiya etməyə çalışdığını bildirib:

“Keçən mövsüm Premyer Liqada çox az qol buraxdıq, çünki komanda olaraq çox yaxşı müdafiə olunduq. Ona görə də bu standartlara qayıtmalıyıq.

Mən onlardan bunu tələb edirəm, amma futbolçular robot deyil, insanlardır.

Ona görə də niyə bunu etmirlər, öyrənməyə, həll yollarını tapmağa və təklif etməyə çalışıram. Mən onları motivasiya etməyə çalışıram”.

Ötən mövsüm Premyer Liqada qapısını ən çox toxunulmaz saxlayan “Mançester Yunayted” bu mövsüm bütün turnirlərdə 6 oyunda 14 qol buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti