"Çempionlar Liqasına düşmək istəyirdik, lakin buna layiq deyildik"

21 Sentyabr 2023 21:40 İngiltərə 723
"Çempionlar Liqasına düşmək istəyirdik, lakin buna layiq deyildik"

“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandanın bu mövsüm Avropa Liqasında çıxış etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Çempionlar Liqasında oynamağa layiq olmadıqlarını dilə gətirib:

“Mövsümün sonuna qədər hamımız Çempionlar Liqasına düşmək istəyirdik, lakin buna layiq deyildik.

Biz Avropa Liqasında oynamağa layiqik. Əlimizdə olan hər şeyi verəcəyik, onu qazanmaq istəyirik. Amma bu, bir gecədə baş verməyəcək, bunun üzərində işləməliyik”.

Bu gün “Liverpul” Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində LASK-la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR