“Biz bunu bacardıq, daha yaxşı olduq, heyəti gücləndirdik”

20 Sentyabr 2023 18:40 İngiltərə 380
“Biz bunu bacardıq, daha yaxşı olduq, heyəti gücləndirdik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasına qayıtması haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis bu fürsətdən maksimum istifadə edəcəklərini bildirib:

“Hər dəfə baxanda və biz orada olmadıqda özümü məyus hiss edirdim. Bu klub Çempionlar Liqasında çıxış etməlidir.

Bu, uzun bir prosesdir, lakin biz buradayıq və indi bundan maksimum yararlanmalıyıq.

Düşünürəm ki, biz bunu bacardıq, komanda olaraq daha yaxşı olduq. Heyəti gücləndirdik və burada olmağa layiq idik”.

İngiltərə təmsilçisi 2016/17 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında çıxış edəcək.

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində “Arsenal” doğma meydanda PSV ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti