Premyer Liqa klubunun paltardəyişmə otağında dava düşdü!

20 Sentyabr 2023 15:40 İngiltərə 619
Premyer Liqa klubunun paltardəyişmə otağında dava düşdü!

“Mançester Yunayted”in futbolçuları arasında Premyer Liqanın 5-ci turunda “Brayton”a məğlubiyyətdən (1:3) sonra paltardəyişmə otağında münaqişə yaranıb.

Sportinfo.az xəbər verir ki, davada dörd futbolçu iştirak edib: yarımmüdafiəçi Bruno Fernandes, Skott Maktominey və müdafiəçilər Lisandro Martinezlə Viktor Lindelöf.

Bildirilir ki, futbolçuları “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq sakitləşdirib.

Oyun sentyabrın 16-da Mançesterdə, “Old Trafford” stadionunda baş tutub.

MY hazırda 6 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti