Qışda paytaxt təmsilçisini tərk etmək niyyətindədir – NƏDƏN NARAZIDIR?

18 Sentyabr 2023 21:40 İngiltərə 425
Qışda paytaxt təmsilçisini tərk etmək niyyətindədir – NƏDƏN NARAZIDIR?

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti qış transfer pəncərəsində klubu ilə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu az oynamasından narazıdır.

“Topçular”ın baş məşqçisi Mikel Arteta Deklan Raysın gəlişi ilə Partidən daha az istifadə etmək niyyətindədir.

Qanalı futbolçu karyerasını “Yuventus”da davam etdirə bilər.

Parti bu mövsüm Premyer Liqada “Arsenal”ın heyətində 3 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti