"Ağlamalı, yoxsa şikayət etməliyəm? Yox, mən..."

18 Sentyabr 2023 18:40 İngiltərə 891
"Ağlamalı, yoxsa şikayət etməliyəm? Yox, mən..."

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın cari mövsümdəki zəif çıxışını şərh edib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis pozitiv qalmalı olduğunu bildirib:

“Düşünürəm ki, azarkeşlər başa düşürlər ki, insanların mediada danışdıqları pulu komandaya yatırsaz, müəyyən gözləntilər var.

Qalib gəlmirsənsə, azarkeşlərin narazı olması normaldır. Biz özümüzə inanılmaz dərəcədə inanırıq, amma bəxtimiz gətirmədi.

Çünki bu gün 12 zədəli oyunçumuz var. Ağlamalı, yoxsa şikayət etməliyəm? Yox, mən pozitiv qalmalıyam”.

“Çelsi” Premyer Liqanın 5-ci turunda səfərdə “Bornmut”la heç-heçə edib – 0:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR