Premyer Liqa: Paytaxt klubu çətin qələbə qazandı - VİDEO

18 Sentyabr 2023 00:00 İngiltərə 545
Premyer Liqa: Paytaxt klubu çətin qələbə qazandı - VİDEO

İngiltərə Premyer Liqasının V turunda “Arsenal” “Everton”un qonağı olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb - 0:1.

Yeganə qolu 69-cu dəqiqədə Leandro Trossard vurub.

Bu qələbə sayəsində xallarını 13-ə çatdıran “Arsenal” dördüncü yerdədir. “Everton” bir xalla 18-cidir.

Digər diqqət çəkən görüşdə “Çelsi” “Bornmut”un qonağı olub. Bu oyunda hesab açılmayıb - 0:0. “Çelsi” beş xalla 14-cü, “Bornmut” üç xalla 15-cidir.

Digər Xəbərlər
Xəbər Lenti