Belçikalı ulduzla danışıqları sonraya saxladı – Premyer Liqanın çempionu

17 Sentyabr 2023 20:40 İngiltərə 716
Belçikalı ulduzla danışıqları sonraya saxladı – Premyer Liqanın çempionu

“Mançester Siti” yarımmüdafiəçi Kevin de Bruyne ilə yeni müqavilə ilə bağlı danışıqları müvəqqəti dayandırıb.

Sportinfoaz xəbər verir ki, 32 yaşlı futbolçu bud nahiyəsindən aldığı zədədən sağalana qədər danışıqlar təxirə salınıb.

Onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Belçikalı futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

De Bruyne bu mövsüm “şəhərlilər”in heyətində iki oyun keçirib, bir məhsuldar ötürmə edib. O, 2015-ci ildən “Mançester Siti”də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM