Ərəb klubları gözünü 38 yaşlı müdafiəçi “qoca”ya dikib

25 May 2023 00:20 İngiltərə 399
Ərəb klubları gözünü 38 yaşlı müdafiəçi “qoca”ya dikib

Səudiyyə Ərəbistanı klubları “Çelsi”nin müdafiəçisi Tiaqo Silva ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, hazırda 38 yaşlı futbolçunu heyətində görmək istəyən klubların adları açıqlanmır.

Onun “zadəganlar”la müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir. London təmsilçisində baş tutacaq məşqçi dəyişikliyindən sonra braziliyalının forma şansı qazanıb-qazanmayacağı bilinmir.

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu ötən ilin dekabrında portuqaliyalı hücumçu Kriştiano Ronaldonu transfer edib. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Silva 2020-ci ilin avqustundan paytaxt klubunda forma geyinir. O, cari mövsümdə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti