Klub prezidenti baş məşqçinin istefaya göndərilməsindən danışdı

27 Mart 2023 22:00 İngiltərə 400
Klub prezidenti baş məşqçinin istefaya göndərilməsindən danışdı

“Tottenhem”in prezidenti Daniel Levi italiyalı mütəxəssis Antonio Kontenin istefaya göndərilməsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, komandada çalışan hər kəsin irəli addım atmalı olduğunu bildirib:

“İngiltərə Premyer Liqasında qarşıda bizi 10 matç gözləyir. Eyni zamanda, UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparırıq.

Klubda olan hər kəs irəli addım atmalı və sadiq azarkeşlərimizi sevindirmək məqsədiylə mövsümü uğurlu başa vurmaq üçün əlindən gələni etməlidir”.

Komandanı bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq. Ona Rayan Meyson kömək edəcək.

Konte 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 76 oyuna (41 qələbə, 12 heç-heçə, 23 məğlubiyyət) çıxarıb.

“Tottenhem” bu mövsüm İngiltərə çempionatında keçirdiyi 28 oyunda 49 xal toplayıb və 20 iştirakçı arasında 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti