"O qədər də pis deyil" - Atası keçmiş futbolçunun cavabını verdi

15 Aprel 2024 01:40 İngiltərə 565
"O qədər də pis deyil" - Atası keçmiş futbolçunun cavabını verdi

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın atası Alf-İnq Haland “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kinin tənqidlərinə cavab verib.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, o, bütün tənqidlərə rəğmən, “Mançester Siti”nin uğurlu komanda olduğunu bildirib:

“Kin və ya digər ekspertlərin təcrübəsinə malik olduğunuz zaman fərqli fikir formalaşdıra bilərsiz. Amma yəqin ki, belə tənqidi fikirlər səsləndirməyi düzgün hesab edirlər.

Bununla belə, komanda qalib gəlir və Haland hələ də Premyer Liqanın ən yaxşı bombardiridir. Ona görə də, o qədər də pis deyil”.

Haland vurduğu 20 qolla İngiltərə çempionatının bombardiridir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da