İki futbolçunun paytaxt klubundan ayrılacağını təsdiqlədi

17 May 2022 12:20 İngiltərə 1 030
İki futbolçunun paytaxt klubundan ayrılacağını təsdiqlədi

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel müdafiəçi Andreas Kristensenin mövsümün sonunda klubu tərk edəcəyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Tuxel “Daily Mail”-ə açıqlamasında “Bu mövsümdən sonra Antonio Rüdigeri və Kristenseni itirəcəyik” deyib.

Kristensen 2012-ci ilin iyulunda “Çelsi”yə keçib. O, bu mövsüm londonluların heyətində 34 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

26 yaşlı futbolçunun azad agent kimi “Barselona”ya keçməyə yaxın olduğu bildirilir. Onun “Çelsi” ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!