“Mançester Yunayted” Ronaldonun pulunu azaldacaq – Əgər...

25 Yanvar 2022 18:40 İngiltərə 532
“Mançester Yunayted” Ronaldonun pulunu azaldacaq – Əgər...

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun məvacibi əhəmiyyətli dərəcədə azala bilər.

Sportinfo.az xəbər verir ki, əgər MY mövsümün sonunda ilk “dördlük”də yer ala bilməsə, onda portuqaliyalı da məvacibinin azaldılması ilə razılaşmalı olacaq.

Onun həftəlik məvacibi 458 min avrodur. Amma MY hədəfə çatmasa, Kriştiano həftədə 345 min avro alacaq.

Daha əvvəl məlumat yayılmışdı ki, “qırmızı şeytanlar” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Ronaldo komandasını dəyişəcək.

Portuqaliyalı Çempionlar kubokunu 6 dəfə qazanmış "Real"ın əfsanəsi Fransisko Xentonun rekordunu təkrarlamaq və ya qırmaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı