Argentinalı hücumçuya 16 milyon avro təklif etdi - “Mançester Siti”

23 Yanvar 2022 01:30 İngiltərə 465
Argentinalı hücumçuya 16 milyon avro təklif etdi - “Mançester Siti”

“Mançester Siti” qış fasiləsində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” Argentinanın “River Pleyt” klubundan Xulian Alvaresi transfer etmək istəyir.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb. “Mançester Siti” 21 yaşlı hücumçu üçün Argentina klubuna 16 milyon avro təklif edib.

“Rivert Pleyt” “transfermarkt”da dəyəri 20 milyon avro olan Alvares üçün azı 26 milyon avro tələb edib.

Argentina yığmasına da dəvət alan Alvares “River Pleyt”də ümumilikdə 96 oyunda 36 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!