“Ronaldonu mənə verin, heç bir problem olmayacaq”

20 Noyabr 2021 01:24 İngiltərə 627
“Ronaldonu mənə verin, heç bir problem olmayacaq”

“Uotford”un baş məşqçisi Klaudio Ranyeri Kriştiano Ronaldonun oyununu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Ranyeri Kriştianoun gənc nəsil üçün nümunə olduğunu deyib.

O, Ronaldonu çalışdırarsa, heç bir probleminin olmayacağını da vurğulayıb:

“Kriştiano dünyanın ən yaxşı futbolçularından biridir. Dünyanın əksər gənc futbolçuları onu izləyirlər, onu özlərinə nümunə hesab edirlər. Bu da futbolu daha cəlbedici edir.

Xahiş edirəm, Ronaldonu mənə verin. Verin onu mənə. O, mənim üçün problem olmayacaq. Mən ona oynamaq üçün mümkün olan bütün dəqiqələri verəcəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti