"Mən iddia etmirəm ki, bunu ilk dəfə o bacarıb" - “Yalançı 9 nömrə”

26 Oktyabr 2021 15:40 İngiltərə 443
"Mən iddia etmirəm ki, bunu ilk dəfə o bacarıb" - “Yalançı 9 nömrə”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın futbolçusu Roberto Firmino haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Klopp Firminonun oyun keyfiyyətini yüksək qiymətləndirib.

O, braziliyalının meydandakı rolu barədə kitab yazılmalı olduğunu deyib:

“Salah diqqəti daha çox cəlb edir. Bu da normaldır. Amma Firmino da möhtəşəm futbolçudur.

Futboldan anlayışı olan şəxslər onun “yalançı 9 nömrə” rolunu necə oynadığı haqda kitab yazmalıdırlar. Mən iddia etmirəm ki, bunu ilk dəfə o bacarıb.

Amma vaxt keçdikcə, bu, belə görünür. O, sadəcə, möhtəşəmdir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!