"Mançester Siti" "Çelsi"yə uduzdu, çempionluğu erkən rəsmiləşdirə bilmədi - VİDEO

9 May 2021 00:14 İngiltərə 1 174
"Mançester Siti" "Çelsi"yə uduzdu, çempionluğu erkən rəsmiləşdirə bilmədi - VİDEO

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda 35-ci turda "Çelsi"ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

Bununla da, Pep Qvardiolanın komandası erkən çempionluğu rəsmiləşdirə bilməyib. "Mançester Siti" hazırda 80 xalla 1-ci, "Mançester Yunayted" 67 xalla 2-ci, "Çelsi" 64 xalla 3-cü pillədə qərarlaşıb.

"Mançester Siti" və "Çelsi" Çempionlar Liqasının finalında da üz-üzə gələcək.

"Mançester Siti" - "Çelsi" 1:2
Qollar
: Stelinq, 44 (1:0), Zieş, 63 (1:1), Alonso, 90+2 (1:2)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"