Premyer Liqada koronavirusa 2 yeni yoluxma

3 Mart 2021 01:24 İngiltərə 548
Premyer Liqada koronavirusa 2 yeni yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 22-28 fevral aralığında 2733 nəfərdən götürülmüş koronavirus testlərindən ikisinin nəticəsinin müsbət olduğu bildirilib.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!