Qvardiola təsdiqlədi: "Karyerasını “Barselona”da davam etdirəcək”

1 Mart 2021 15:20 İngiltərə 561
Qvardiola təsdiqlədi: "Karyerasını “Barselona”da davam etdirəcək”

“Mançester Siti”nin futbolçusu Erik Qarsiyanın gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik aradan qalxıb.

Sportinfo.az xəbər verir ki, Qarsiya karyerasını “Barselona”da davam etdirəcək.

Bu məlumatı “Siti”nin baş məşqçisi Xosep Qvardiola təsdiqləyib. O, jurnalsitin məsələ ilə bağlı sualına belə cavab verib:

“Düşünürəm ki, Qarsiya karyerasını “Barselona”da davam etdirəcək”.

Erik “Barsa”nın yetirməsidir. O, “Siti”nin sisteminə 2017-ci ildə daxil olub. “Barsa” 20 yaşlı futbolçunu yayda azad agent kimi heyətə cəlb etməyi planlaşdırır.

Onunla 2026-cı ilin yayına qədər müqavilə bağlanacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti