“Niyə məğlub olduğumuzu demək çətindir”

23 Yanvar 01:52 İngiltərə 552
“Niyə məğlub olduğumuzu demək çətindir”

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Bernli”yə 0:1 hesabı ilə məğlub olan “Liverpul”un futbolçusu Corcinyo Veynaldum açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Veynaldum oyunun istədikləri kimi keçmədiyini bildirib:

“Çox çətin oyun oldu. Çox qol şansı yaratdıq, amma bundan faydalana bilmədik. Kifayət qədər aqressiv futbol oynamadıq. Yüz faizlik şanslarımız var idi.

Niyə məğlub olduğumuzu demək çətindir. Artıq bu matçı düşünmək yerinə, oyunumuzu sərgiləməyə davam etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti