“Qarabağ”dan sonra bu komandaya da 5 qol vurdular, mərhələ adladılar - VİDEO

3 Noyabr 2023 02:30 Almaniya 866
“Qarabağ”dan sonra bu komandaya da 5 qol vurdular, mərhələ adladılar - VİDEO

Almaniya kubokunda 1/16 final mərhələsinin matçları başa çatıb.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" mərhələ adlayıb.

Leverkuzen təmsilçisi səfərdə "Sandhauzen"lə üz-üzə gəlib və rəqibinə 5:2 hesabı ilə qalib gəlib. Belədə, "Qarabağ"ın rəqibi 1/8 finala vəsiqəni təmin edib.

"Qarabağ” "Bayer"ə səfərdə 1:5 uduzub. Komandalar arasında növbəti görüş noyabrın 9-da Bakıda baş tutacaq.

"Sandhauzen" - "Bayer" - 2:5

Qollar: Palasios, 21 (0:1), Ehliç, 50 (1:1), Tah, 64 (1:2), Ben Yalla, 54 (2:2), Hlozek, 85 (2:3), Adil, 88 (2:4), 90+2 (2:5)

Digər Xəbərlər
Xəbər Lenti