Tənqidi yazısını yeməli oldu: "Heç belə səhvə yol verməmişdim" - FOTO

29 May 2019 20:12 Hokkey 1 436
Tənqidi yazısını yeməli oldu: "Heç belə səhvə yol verməmişdim" - FOTO

Fin jurnalist Filip Saksen ölkəsinin xokkey yığması ilə bağlı yazdığı yazını yeməli olub.

Sportinfo.az xəbər verir ki, Saksen Slovakiyada keçirilən dünya çempionatından əvvəl yığma komandanı kəskin tənqid edib.

Ancaq Finlandiya finalda Kanadaya qalib gələrək dünya çempionu olub. Bundan sonra Saksen yığma ilə bağlı yazdığı tənqidi məqaləni yeyib.

O, bunu videoya çəkərək sosial şəbəkədə yayıb: “Dünya çempionatından əvvəl yazmışdım ki, bu yığma tarixin ən zəifidi.

Heç vaxt belə səhvə yol verməmişdim. Üzr istəyirəm və sözlərimi geri götürürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız