Ercan Aslan və Gülay Orucova beynəlxalq turnirin qalibi oldu

11 Aprel 03:30 Hokkey 460
Ercan Aslan və Gülay Orucova beynəlxalq turnirin qalibi oldu

"Birlik" Karate Klubunun iki idmançısı Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq "Grand Prix" turnirində birinci yeri tutublar.

Sportinfo.az xəbər verir ki, Ercan Aslan parakarate (K21 kateqoriyası), Gülay Orucova (61 kq) isə 21 yaşadək idmançılar arasında mübarizədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

İdmançılar bu uğura şəxsi məşqçiləri Sənan Cəfərovun rəhbərliyi altında nail olublar.

Sərhədçi İdman Mərkəzində təşkil olunan turnirə 9 ölkədən ümumilikdə 700-ə yaxın karateçi qatılıb.

"Grand Prix" turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız