Azərbaycan millisi ilə oyunlar üçün heyəti bəlli etdilər

30 Sentyabr 2023 02:20 Hokkey 289
Azərbaycan millisi ilə oyunlar üçün heyəti bəlli etdilər

DÇ-2024-ün elit-raundunda Azərbaycanın futzal millisinə qarşı iki oyun keçirəcək Qazaxıstan yığmasının heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Rikardo Kaka 16 oyunçuya dəvət göndərib.

Qapıçılar: İqita, Narun Serikov (hər ikisi “Kayrat”), Kanat Jetkirbaev (“Aktobe”)

Oyunçular: Duqlas, Edson, Birjan Orozov, Dauren Tursaqulov, Albert Akbalıkov (hamısı “Kayrat”), Çingiz Yesenamanov, Rayımbek Juma, Akjol Daryabai (hamısı “Semey”), Azat Valiullin, Rəsul Abdumanapuli (hər ikisi “Ayat”), Arnold Knaub (“Jetisu”), Oljas Taybasarov (“Astana”), Leo (“Joinville”, Braziliya).

Bu komandalar arasında ilk görüş oktyabrın 6-da, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Növbəti matç isə beş gün sonra Astanada gerçəkləşəcək.

Xəbər Lenti