Azərbaycanda yeni yaradılan komandadan VİDEO+FOTOREPORTAJ

21 Fevral 02:40 Hokkey 238
Azərbaycanda yeni yaradılan komandadan VİDEO+FOTOREPORTAJ

Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşən buz meydançasında yeni yaradılan xokkey komandasının təlim-məşq toplanışı keçirilib.

Sportinfo.az xəbər verir ki, hazırlıq prosesində müxtəlif yaş qruplarından olan 18 idmançı iştirak edib.

Komandanın baş məşqçisi Aleksandr Bilinov son vaxtlar bu idman növünə marağın artdığını deyib:

“Daha da irəli getməyi bacarmışıq. Uşaqların sayı çox artıb. Əvvəlcə 2-3 nəfərlə başlamışdıq.

İndi komandamızda 18-20 nəfər var. Kollektivdə müxtəlif yaş qrupundan olanlar yer alıb.

Yeni gələndə heç sürməyi bacarmayan uşaqlar hazırda ümumi qrupda tam olaraq bunu bacarırlar.

Hər kəs istədiyinə nail ola bilir. Burada olan idmançılar həyəcanlıdırlar. Məşqə bayram əhval-ruhiyyəsində gəlirlər”.

O, qarşılarına ən yüksək hədəflər qoyduqlarını söyləyib:

“Böyük yarışlara çıxmaq və orada Azərbaycanı təmsil etmək niyyətindəyik. Əks halda bunun heç bir mənası olmaz. Düşünürəm ki, yaxın 5 ildə konkret olaraq nə isə deyə bilərik”.

Komandanın məşqçisi Zaur Məmmədəliyev əsas məqsədlərinin Azərbaycanda xokkey idman növünü inkişaf etdirmək olduğunu söyləyib:

“İlk dəfə 1990-cı ildə buz meydançası yaradılmışdı. Müəyyən səbəblərdən arena bağlandı.

Xokkey idman növü kişilər üçün daha əlverişli və maraqlıdır. İnanıram ki, gələcəkdə xokkey Azərbaycanda daha da populyarlaşacaq”.

Təlim-məşq toplanışının əsas məqsədi gələcəkdə xokkey üzrə Azərbaycan yığmasını yaratmaqdır.

Azərbaycanda yeni yaradılan xokkey komandasının açıq məşqi keçirilib VİDEO

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!