ABŞ-də yaşayan azərbaycanlı: "Bakıda peşəkar komandanın yaradılmasını istəyirəm"

03:40 Hokkey 128
ABŞ-də yaşayan azərbaycanlı: "Bakıda peşəkar komandanın yaradılmasını istəyirəm"

"İnanıram ki, ölkədə tez bir zamanda peşəkar komanda yaradılacaq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev deyib.

Bakıya gələrək gənc hokkeyçilərə "ustad dərsi" keçən idmançı təəssuratlarının müsbət olduğunu söyləyib:

"Azərbaycana gəldiyim üçün sevincliyəm. Özümü evindəki kimi hiss edirəm.

İstəyirəm ki, Azərbaycanda hokkey inkişaf etsin, balaca uşaqlar bu idmanla məşğul olsunlar.

İnanıram ki, ölkədə tez bir zamanda peşəkar komanda yaradılacaq. Bunun üçün buz meydançalarının sayı artırılmalıdır".

"Ustad dərsi" Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutub.

Danial Caniyev ABŞ-nin "Penn State University" komandasının aparıcı oyunçularındandır. O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 20:00 Çək və bizə göndər!