ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Bakıya niyə gəlir?

26 İyun 2025 03:50 Hokkey 1 061
ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Bakıya niyə gəlir?

ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev (Danny Dzhaniyev) Bakıya gələcək.

Sportinfo.az xəbər verir ki, o, iyunun 29-da “Ocaq Sport” klubunun gənc hokkeyçiləri ilə görüşəcək və onlara "ustad dərsi" keçəcək.

Görüş Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutacaq.

Danial Caniyev ABŞ-nın "Penn State University" komandasının aparıcı oyunçularındandır. O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız