Elit xokkey liqasında debüt etdi – Keçmiş futbol qapıçısı

26 Noyabr 2023 21:40 Hokkey 307
Elit xokkey liqasında debüt etdi – Keçmiş futbol qapıçısı

“Çelsi”nin keçmiş qapıçısı Petr Çex İngiltərə elit xokkey liqasında hazırkı çempion “Belfast Giants”ın heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, çexiyalı keçmiş futbolçu zədəli qapıçı Tayler Beskorovaninin yerinə, oyunun bitməsinə 4 dəqiqə qalmış buz üzərinə çıxıb.

Onun komandası 5:1 hesabı ilə qələbə çalıb.

Çex futbolçu karyerasını 2019-cu ilin yayında başa vurub. O, dördqat İngiltərə çempionudur, “Çelsi” ilə Çempionlar Liqasının və Avropa Liqasının qalibidir.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"