Sevincdən çempionluq kubokunu sındırdılar - FOTO

29 May 2019 19:24 Hokkey 1 339
Sevincdən çempionluq kubokunu sındırdılar - FOTO

Finlandiya yığması Slovakiyada keçirilən xokkey üzrə dünya çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, finlər çempionluq üçün verilən kuboku sındırıblar.

Böyük ehtimalla, kubok elə Slovakiyada qələbə qeyd edilərkən sındırılıb.

Yığma komanda vətənə qayıdarkən kubokun alt hissəsinin tamamilə yararsız halda olduğu diqqət çəkib. Amma bütün hallarda, kubokun əvvəlki görkəminə qaytarılacağı bildirilir.

Artıq bunun üçün mütəxəssislər də cəlb olunub. Finlandiya dünya çempionatının finalında Kanadaya qalib gəlib – 3:1.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız