Nazir Azərbaycanda yeni klubun yaradılmasına razıdı

27 Aprel 2019 18:12 Hokkey 1 717
Nazir Azərbaycanda yeni klubun yaradılmasına razıdı

Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanda Kontinental Hokkey Liqası (KHL) səviyyəsində klubun yaradılmasına dair fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, buz idmanları ilə bağlı hər şeyin ölkə üçün ümidverici sayıldığını bildirib.

Nazir məktəbdə oxuduğu müddətdə hokkeyi xoşladığını, indi isə belə yarışları az izlədiyini söyləyib.

Rəhimov KHL-i Azərbaycana gətirmək istərdinizmi? sualına isə belə cavab verib:

"Təbii ki, biz bu istiqamətdə hərəkət etməyə başlasaq, böyük bir buz sarayının qurulmasından sonra Bakıda KHL oyunlarına ev sahibliyi etmək maraqlı olardı.

Biz idman ölkəsiyik və buna görə maraqlanmayacağımız idman yoxdur. Hokkey həqiqətən gəncləri həyəcanlandırır".

Nazir son olaraq Azərbaycanın KHL klubunun yaradılmasında çox maraqlı olduğunu vurğulayıb: "Ən azından KHL-in bir final matçını Bakıda keçirmək olar".

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız