"Yaxşı ki, hokkey komandaları yoxdu" - Pike "Real"ı ələ saldı

24 Fevral 2019 00:10 Hokkey 810
"Yaxşı ki, hokkey komandaları yoxdu" - Pike "Real"ı ələ saldı

“Barselona”nın futbolçusu Jerar Pike əzəli rəqibləri "Real" haqda maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Madrid klubunun daima hakimlərdən şikayətçi olduğunu deyib:

“Real” illərdir mütəmadi olaraq hakimlərdən şikayətçidir. Həm futbolda, həm də basketbolda narazılıq edirlər.

Şükürlər olsun ki, başqa komandaları yoxdu. Yoxsa həndbol və hokkeydə də hakimlərdən şikayət edərdilər.

Şikayət etmək həmişə “Real”ın taktikası olub. Biz buna alışmalıyıq".

Basketbol üzrə İspaniya kubokunun finalında “Real” və “Barselona” komandaları qarşılaşıb.

Əlavə vaxtda uduzan madrid təmsilçisi görüşdən sonra rəsmi saytı vasitəsilə hakimlərin onların əleyhinə olan səhv qərarlar verdiyini bəyan edib.

Xəbər Lenti