Liqada dava düşdü - VİDEO

1 Fevral 2019 14:24 Hokkey 1 215
Liqada dava düşdü - VİDEO

Amerika Milli Hokkey Liqasında (NHL) keçirilmiş "Pittsburq Pinqvins" - "Tampa-Bey Laytninq" matçında qalmaqal baş verib.

Sportinfo.az xəbər verir ki, oyunun üçüncü dövrəsində oyunçular arasında dava düşüb.

"Pittsburq Pinqvins"in rusiyalı legioneri Yevgeni Malkin rəqib komandanın kapitanı Stiven Stemkosu hokkey çubuğu ilə vurub.

Qarşı tərəf isə ona eyni cavabı verib və nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Rusiyalı idmançı kanadalı həmkarını buzun üstünə yıxıb.

Onları tezliklə ayırmaq mümkün olub. Qarşılaşma "Pittsburq Pinqvins"in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız