Putin Lukaşenko ilə hokkey oynayıb, xizək sürəcək

30 Dekabr 2018 20:12 Hokkey 1 284
Putin Lukaşenko ilə hokkey oynayıb, xizək sürəcək

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı onunla hokkey oynamaq və xizək sürmək barədə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, Rusiya lideri bunu Qırmızı meydanda "Gecə hokkey liqası"nın matçından sonra "Rossiya 24" telekanalına müsahibəsində deyib.

Putinin sözlərinə görə, o, Lukaşenkoya elə bu gün komandalardan birinin heyətində oynamağı təklif etsə də, qarşı tərəf imtina edib.

"Onu başa düşmək olar, tezliklə Yeni ildir, o dedi ki, Minskdə evində olmalıdır, orada xeyli məsəllər, cari işlər var. Yeni il ərəfəsində iş həmişə çox olur.

Lakin biz görüşüb birgə oynamaq və xizək sürmək barədə razılaşdıq", - deyə Rusiya lideri bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız