Hokkey Qış Olimpiya Oyunlarının proqramından çıxarılır?

13 Avqust 2018 19:12 Hokkey 851
Hokkey Qış Olimpiya Oyunlarının proqramından çıxarılır?

Hokkey 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının proqramından çıxarıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sports Network”un jurnalisti Qord Miller Beynəlxalq Hokkey Federasiyasının prezidenti Rene Fazelə istinadən şəxsi “Twitter” səhifəsində yazıb.

Bildirilir ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) kişilər arasında təşkil olunan yarışın proqramdan çıxarılması da daxil olmaqla, hokkeyin gələcəyi ilə bağlı 4 variantı nəzərdən keçirir.

Bunlardan birincisi olimpiadada Milli Hokkey Liqasının (NHL) oyunçularının da iştirakıdır. İkinci ehtimal turnirin NHL ilə müqaviləsi olan hokkeyçilərin iştirakı olmadan keçirilməsidi.

Oyunlara yalnız 23 yaşadək hokkeyçilərin qatılmasına icazə verilməsi üçüncü variantdır. Dördüncüsü isə hokkey yarışlarından imtinadır.

Məsələ ilə bağlı yekun qərarın nə zaman veriləcəyi açıqlanmır. NHL oyunçuları “Pxençxan - 2018” Qış Olimpiya Oyunlarında iştirak etməyiblər. Yarışın qalibi Rusiya yığması olub.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"