Məşqdə dil problemi yarandı

3 Fevral 2018 13:00 Hokkey 1 100
Məşqdə dil problemi yarandı

Cənubi Koreya və Şimali Koreya hokkeyçiləri Olimpiada-2018-dən əvvəl ilk birgə məşq zamanı dil problemi ilə əlaqədar anlaşmazlıq yaşayıblar.

Sportinfo.az xəbər verir ki, çətinlik Koreya Xalq Demokratik Respublikasının (KXDR) və Koreya Respublikasının idmançılarının hokkey ilə əlaqəli anlayışları və fəndləri ifadə etmək üçün fərqli terminologiyadan istifadə etməyə alışdıqlarından baş verib.

Hokkeyçilərə kömək etmək üçün Cənubi Koreya Hokkey Federasiyasının rəhbərliyi şimaldan və cənubdan olan qadın idmançıların istifadə etdiyi sözlərin leksikadakı fərqlərinin olduğu qeyd edilən xüsusi siyahı hazırlayıb.

Hər iki ölkənin vahid yazışma sistemindən - Hanqıldan istifadə etməsinə baxmayaraq, onilliklər ərzində iki ölkə vətəndaşları arasında əlaqələrin olmaması ilə əlaqədar dil problemi dərinləşib.

Məsələn, Cənubi Koreyada idmanla bağlı bir çox terminlər ingilis dilindən götürülüb sonra da Koreya dilinə uyğunlaşdırılıb, KXDR-də isə bu anlayışların ifadə etmək üçün Koreya dilində yeni xüsusi sözlər yaradılıb.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"