Yeniyetmələr arasındakı oyun zamanı kütləvi dava düşdü - VİDEO

21 Yanvar 2018 11:41 Hokkey 1 517
Yeniyetmələr arasındakı oyun zamanı kütləvi dava düşdü - VİDEO

Rusiyada yeniyetmə hokkeyçilər arasında keçirilən ölkə çempionatının oyunundan sonra kütləvi dava düşüb.

Sportinfo.az xəbər verir ki, xoşagəlməz olay “Alaniya” və “Xaski” komandaları arasında baş tutan matçda yaşanıb.

Ən kiçiyi 2008-ci il təvəllüdlü olan idmançılar ciddi zədəalmaq təhlükəsi ilə üzləşiblər. Vladiqafqaz təmsilçisinin 6:3 hesabı ilə qalib gəldiyi görüşün final fitindən sonra meydan sahiblərinin 4 hokkeyçisi ilə Nevinnomıssk təmsilçisinin 10 yaşlı üzvü arasında münaqişə baş verib.

Nəticədə təxminən bir dəqiqə çəkən kütləvi dava düşüb. Hakimlərin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. Ədalət təmsilçiləri dava iştirakçılarından 3-nü cəzalandırıblar. Toqquşmada xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız